"Səbail"də gürcü futbolçu

Azərbaycan Premyer Liqasının debütantı "Səbail" daha bir legioner transfer edib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi gürcü müdafiəçi Tamazi Tsetsxladze ilə müqavilə imzalayıb. 21 yaşlı futbolçunun adı Peşəkar Futbol Liqasına  növbəti mövsüm üçün iştirak ərizəsinə də daxil edilib. Tamazi "Səbail"də "18 nömrə"li forma altında çıxış edəcək.

 

Xatırladaq ki, debütant bundan öncə Portuqaliyanın "Jil Visente" klubundan qvineya-bisaulu 20 yaşlı müdafiəçi Jarjue Maudo Lamineni heyətinə cəlb edib. 

Tarix: 12 Avqust [17:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio