"Uotford"dan "Liverpul"a son dəqiqə şoku VİDEO

18:04 - 12 Avqust 2017

İngiltərə Premyer Liqasında 1-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Liverpul" açılış turunda səfərdə "Uotford"la qarşılaşıb. Gərgin keçən oyunda "Liverpul" ilk hissədə 1:2 hesabı ilə uduzub. Fasilədən sonra 2 qol vuran "qırmızılar" hesabı öz xeyrinə dəyişib - 3:2. Ancaq oyuna əlavə edilmiş dəqiqələrdə meydan sahibləri Britosun qoluyla məğlubiyyətdən qaçıbl - 3:3.

 

"Uotford" 3 - 3 "Liverpul"

Qollar: Okaka Çuka, 8, Abdulaye Dukure, 32, Migel Britos, 90+3 - Sadio Mane, 29, Roberto Firmino, 55, Mohamed Salah, 57

 

Xəbər xətti