Dani Kintananın durumuna aydınlıq gəldi

"Qarabağ"ın futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan futbolçu dünən “Neftçi”yə qarşı matçın 86-cı dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.

 

İspaniyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçunun əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən Dani Kintana təxminən 3 həftə sonra məşqlərə start verəcək.

Tarix: 12 Avqust [19:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2017
18  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: sportal@mail.ru | site by Five studio