Cavid Hüseynov: "Özümün və komandamızın oyunundan razı deyiləm" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Qəbələ” səfərdə “İnter”ə 2:1 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra “qırmızı qaralar”ın kapitanı Cavid Hüseynov jurnalistlərin suallarını cavabladnırıb:
 
- Çempionatın ilk oyunu idi. Start hər zaman ağır olur. Çətin keçəcəyini bilirdik. İki qol vurduq, amma fasilədən sonra üstünlüyü əldən verdik. Rəqib hesab arasında fərqi azalda bildi. İkincini də vurmaq istəsələr də, vura bilmədilər.
 
- Penalti vurmaq üçün mübahisə gedirdi...
- Penaltini hər zaman mən vururdum. Danışmaq istməzdim. Mənə dedi ki, vurum? Mən də dedim ki, vur. Başqa məsələdi. Aramızda hər şey qaydasındadır.
 
- Bu mövsüm üçün çempionluq şanslarını necə dəyərləndirirsən?
- Çox çətin olacaq. Bizim belə oyunumuzla asan olmayacaq.
 
- Komandanın oyunundan razı görünmürdün...
- Əlbəttə, belə oyundan kim razı qalar? Özümün və komandamızın oyunundan razı deyiləm.
Tarix: 12 Avqust [23:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2017
20  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio