Elvin Məmmədov: "İki-üç epizodda bəxtimiz gətirdi" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Qəbələ” səfərdə “İnter”ə 2:1 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra “qırmızı qaralar”ın heyətində ilk qolunu vuran Elvin Məmmədov jurnalistlərin suallarını cavabladnırıb:

 

- Sabiq komandana qarşı oynadın və qol vurdun. Oyunla bağlı fikirlərin necədir?
- Qol vurduğum üçün sevincliyəm . İlk oyunlar çətin və stressli keçir. Düzdür, qələbə qazandıq. Çatışmayan cəhətlərimiz var idi. Bunu da baş məşqçimiz analiz edəcək və səhvlərimizi deyəcək. Əsas odur ki, 3 xal qazandıq. Qarşıdakı oyunlara hazırlaşacağıq.
 
- Razılaşmaq olar ki, bu qələbədə bəxtiniz də gətirdi?
- Bəli, razılaşıram. 2-3 epizodda bəxtimiz gətirdi. Elə futbolun da gözəlliyi budur. Bizim də bir neçə şansımız oldu. 3-cü qolu vursaydıq, oyun “sınacaq”dı. Mövümə 3 xalla başlamaq vacib idi ki, bunu da bacardıq.
 
- Komanda olaraq avrokuboklardakı uğursuzluğu unuda bilmisiniz?
- Avrokubok oyunları çempionat matçlarından fərqlidir. Özümüzü analiz edirik. Artıq çıxışımızı başa vurmuşuq. Çempionatı fikirləşməliyik. Qarşıda bizi uzun marafon gözləyir. Yaxşı yerlərdən birini tutaraq yenidə avrokuboklara vəsiqə qazanmalıyıq.
 
- “Qəbələ”dən fərqli olaraq “Qarabağ” daha hazırlıqlı görünür. Çoxları düşünür ki, “Qarabağ” çempionluğa favoritdir...
- Bu, ilk oyun idi. Əlbəttə, “Qarabağ”ın daimi heyəti var. Uzun müddətdir ki, birgə çıxış edirlər. “Qəbələ”də isə heyət dəyişir və yeni oyunçular gəlir. Buna görə də çətinlik olur. Mövsümöncəsi fikir bildirmək mənə çətin gəlir.
 
- “Zirə”də oynayanda top daha çox səndə olurdu. “Qəbələ”də isə fərqli oynayırsan. Topsuz darıxmırsan?
- Bu, sistemdir. Baş məşqçi nə deyirsə, hansı mövqeyə qoyursa, oynamalısan. O, sənə güvənirsə, maksimum şəkildə mübarizə aparmalısan. Bu gün nə dərəcədə çıxış etdiyimi və məşqçinin məndən razı qalıb-qalmadığını bilmirəm. Məşqçimiz gələcək oyunlarda təhlil edib səhvlərimizi deyəcək.
Tarix: 12 Avqust [23:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2017
20  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio