"Jilina" 7 qolla qalib gəldi, Şeydayevi yada salan yoxdu

Slovakiya çempionatında 4-cü turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu son çempion "Jilina" doğma meydanda "Seniça" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 7:1.

 

Əvvəlki oyunlarda olduğu kimi, millimizin forvardı bu qarşılaşmanın da iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Xatırladaq ki, əvvəlki turlarda ardıcıl məğlubiyyətlərlə üzləşmiş ötən mövsümün çempionu "Jilina" ilk qələbəsindən sonra 3 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.

Tarix: 13 Avqust [00:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio