Paşayevin komandası "Şaxtyor"a uduzdu

00:58 - 13 Avqust 2017

Ukrayna çempionatında 5-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Millimizin üzvü bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

 

"Aleksandriya" 5 turdan sonra 3 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti