Araz Abdullayev "Anortosis"i məğlubiyyətdən xilas etdi VİDEO

02:24 - 13 Avqust 2017

Millimizin üzvü Araz Abdullayev yeni komandası "Anortosis"in heyətində ilk oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu yoxlama görüşü çərçivəsində Yunanıstanın "Aris" klubuna qarşı oynayıb. 1-1 hesablı heç-heçə ilə başa çatan oyunda Abdullayev meydana 63-cü dəqiqədə daxil olub. Yarımmüdafiəçi 83-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolu vurub.

 

Qeyd edək ki, ilk oyununda qol vuran Abdullayevi Kipr klubu dünən matçdan əvvəl ictimaiyyətə təqdim etmişdi. Müqavilə ilə "Qəbələ"yə məxsus olan futbolçu Famaqusta təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.

 

Xəbər xətti