Respublika Stadionunda "Goal line" sistemi qurulur FOTOLAR+VİDEO

14:07 - 13 Avqust 2017

Tofiq Bəhramov adına Respublika stadionunda "Goal line" sistemi (Qolların avtomatik müəyyənləşdirmə sistemi) qurulur.

 

Sportal.az xəbər verir ki, quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. UEFA-nın tələblərinə əsasən qurulan bu sistemin məqsədi - topun qapı xəttini keçib-keçmədiyini avtomatik müəyyənləşdirməkdir. "Goal line” sistemi Azərbaycanın futbol tarixində ilk dəfə olaraq "Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində, avqustun 15-də keçirəcəyi "Kopenhagen”lə ilk oyununda tətbiq olunacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Image may contain: outdoorImage may contain: stadium and outdoor

 

Xəbər xətti