Bilet satışında izdiham davam edir FOTOLAR

14:52 - 13 Avqust 2017

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində avqustun 15-i, saat 20:00-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, artıq dünən, bilet satışlarının başladığı ilk gündə 15.000 min bilet satılıb. Bu gün səhər saatlarından da Tofiq Bəhramov adına Respublika Stadionun kassalarında izdiham davam edir. Havanın isti və günəşli olmasına baxmayaraq, yüzlərlə azarkeş "Qarabağ"a dəstək olmaq üçün, səhər saatlarından kassaların önündə növbə tutub.

 

Saat 10:00-da açılan kassalarda, bir nəfərə maksimum 3 bilet satılır.

 

Xəbər xətti