Samir Əliyev: "Məqsədimiz yüksək liqada yerimizi qorumaqdı" MÜSAHİBƏ

21:47 - 13 Avqust 2017

Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə “Zirə”yə uduzan (1:2) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Komanda sıfırdan yığılıb. Bu gün bir ay oldu ki bir yerdəyik. Avroliqada oynamış komandaya qarşı çıxış etdik. Qorxurduq ki, ilk 10-15 dəqiqədə qol buraxaq. Qorxduğumuz başımıza gəldi. Sonradan toparlanaraq, bir neçə qol vəziyyəti yaratsaq da, istifadə edə bilmədik.

 

- Müdafiədə boşluqlar var idi. Bu boşluqları doldurmaq üçün yeni oyunçular alına bilər?

- Boşluqların olması normaldı. Çünki yeni komandadı. Həm də müdafiədəki oyunçuların çoxunun 20-21 yaşı var. Hazırda heyətdə 25-26 futbolçu var. 

 

- Bu gün bir az aqressiv görünürdüz. Əvvəllər “Neftçi”də çalışanda belə deyildiz. 

- Düzdü, bir az aqressiv idim. Çalışacam gələn oyunlarda belə olmasın. Əlimizdən gələni edəcəyik ki, heyətdə olan futbolçulardan maksimum istifadə edək.

 

- “Səbail”in məqsədi nədi?

- Bu mövsüm əsas məqsədimiz yüksək liqada yerimizi qorumaqdı. Növbəti mövsümdən sonra isə yüksək yerlər uğrunda mübarizə aparmaq. Bu il də mövsümün gedişindən asılı olaraq məqsədimiz dəyişə bilər.

Xəbər xətti