Vüqar Mustafayev: "Zirə"nin qarşısına böyük məqsədlər qoyulub" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 1-ci turunda "Zirə" evdə “Səbail”ə 2:1 hesabıyla qalib gəlib. Oyundan sonra “qartallar”ın yarımmüdafiəçisi Vüqar Mustafayev jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Mutafayev öncə oyunla bağlı fikirlərini bildirib.

 

- Çətin və gərgin oyun keçdi. Rəqib Premyer Liqada debüt edirdi. Onlar da yaxşı mübarizə apardı. Çempionata qələbə ilə başlamaq istəyirdik. Qalib gəlmək üçün köklənmişdik. Şükürlər olsun ki, bunu bacardıq.
 
- Digər komandaların potensialını təxmini bilmək olur. Ancaq “Səbail”də durum tam fərqlidi...
- “Səbail” yaxşı oynadı, pressinq edirdilər. Bu qədər təzyqin olacağını gözləmirdik. Deyərdim ki, yaxşı rəqibimiz komandadır. Çempionatda çox komandaya başağrı olacaqlar.
 
- İkinci hissədə arxayınlaşdınız...
- İkinci hissədə komandada bir az boşalma getdi. Onlar da bu səbəbdən qol vurdu. Daha sonra toparlandıq və 3-cü qolu vurmaq üçün şans axtardıq. Rəqibin də yaxşı imkanları oldu. Hər iki komanda ikinci hissədə şanslarını əldən verdi.
 
- Sabiq komanda yoldaşın Nurlan Novruzovla oyunun gedişində tutaşdın...
- Sadəcə, oyun epizodudur. Bir balaca sərt oynadım, o da itələdi ki, komanda yoldaşı olmuşuq, niyə belə oynayırsan? Daha sonra görüşdük, qucaqlaşdıq. Hər oyunda belə şeylər olur.
 
- “Zirə”nin qarşısına hansı hədəflər qoyulub?
- Böyük məqsədlər qoyulub. İlk “üçlük”də qərarlaşmağı hədəf qoymuşuq. Bu mövsüm avrokuboklarda debütümüz idi. Bir mərhələ adlamağa müvəffəq olduq. Gələn mövsüm isə daha yaxşısını bacarmağa çalışacağıq.
Tarix: 13 Avqust [22:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio