Samir Abasov: "Bir oyuna sığmayacaq qədər hücumlar etdik"

23:59 - 13 Avqust 2017

Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə “Kəpəz”ə 2:1 hesabıyla qalib gələn “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, Abasov yaxşı motivasiyalarının olduğunu deyib:

 

"İlk oyunun belə gərgin keçəcəyini düşünmürdük. Yaxşı motivasiyamız var idi, Sumqayıtda hamı bu oyundan danışırdı. Məncə, ikinci hissəyə yaxşı başlamadıq. Düşünürəm ki, rəqibin vurduğu qol komandanı bir qədər həyəcənlandırdı. Bir oyuna sığmayacaq qədər hücumlar etdik. Çalışacağıq ki, bundan sonrakı oyunlarda da belə hücumlar edək və bunlardan yararlanaq. Yaxşı hücumçularımız var. Bu gün şanslardan yararlana bilməməyimizi bəxtlə əlaqələndirirəm. Ümid edirəm ki, bundan sonrakı oyunlarda belə səhvlər etməyəcəyik".

Xəbər xətti