Şahin Diniyev: "Mərkəz müdafiəçimiz olmadığı üçün onu oynatmalı olduq"

“Təzyiq baxımından yaxşı oyun oldu. İlk oyunumuz olduğu üçün yaxşı oynamadıq”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib. “Sarı-göylər” Azərbaycan Premyer Liqasının I turunda səfərdə “Sumqayıt”a məğlub olub – 2:1.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Komandız yeni yığılıb, xətlər arasında anlaşılmazlıqlar var. Qələbə qazanmaq istəsək də, səhvlər etdik və məğlub olduq. Düşünürəm ki, qollarda mərkəz müdafiəçilərimizin səhvləri var idi. Komandamızın özəyi var və düşünürəm ki, zaman keçdikcə oyunumuzu bərpa edə biləcəyik”.

 

- İlkin Sadıqovu məcburiyyədən meydana buraxmışdınız?

 -Hər bir gənc futbolçuya etibar etmək lazımdır. Ötən illərdə də gəncləri üzə çıxara bilmişik. Mənə elə gəlir ki, İlkin pis oynamadı. Sadəcə, bir qədər təcrübəsi çatmadı. Əgər bir qədər diqqətli olsa, ən yaxşı futbolçularımızdan biri olacaq. Sadəcə, inanmaq lazımdır.

 

- Komanda ikinci hissədə daha yaxşı oynadı. Futbolçulara fasilədə nə tapşırdınız?

- Bayaq dediyim kimi, komanda tam bərpa olunmayıb. Bu gün 7 yeni futbolçu var idi meydanda. Fasilədə futbolçulara daha yaxşı oynamaq lazım olduğunu dedim. Fikrimcə, onlar mənim dediklərimi edə bildilər.

 

- Legionerlərin oyunundan razı qaldınız?

- Birinci oyun göstərdi ki, futbolçuların səviyyəsi var. Dedimar 5 gündü məşq etmir, sadəcə, mərkəz müdafiəçimiz olmadığı üçün onu oynatmalı olduq. Onlar komandamız üçün xeyirli işlər görəcəklər. 

Tarix: 14 Avqust [00:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio