Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq

11:09 - 14 Avqust 2017

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.

 

Sportal.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Sarayevo şəhərində hazırlıq keçir. Yığmamız toplanış çərçivəsində Bosniya və Herseqovina yığması ilə iki yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Yığmamızın heyətində 20 futbolçu məşqlərə cəlb edilib:

 

Asəf Əliyev, Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hamısı “Sumqayıt”), Ayxan Arazlı, Turan Vəlizadə (hər ikisi “Qarabağ”), Abbas Abbasov, Mehdi Tahirov, İlkin Əbiyev, Murad Bağırov, Vüsal Əsgərov (hamısı “Neftçi”), Sərcan Omarov, Cavid Əliyev, Ceyhun Nuriyev  (hamısı “İnter”), Murad Məmmədov (“Vətən”), Xəyal Muradov, Cavid Rəhimli, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Samir Qurbanov (hamısı “Qəbələ”), Elnur İbrahimov (“Spartak-2”, Rusiya).

Xəbər xətti