Mövsümün ilk turunu neçə azarkeş izlədi?

11:26 - 14 Avqust 2017

Azərbaycan Premyer Liqasında 1-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, yeni mövsümün ilk turunu stadiondan nə qədər azarkeşin izlədiyi müəyyənləşib.

 

Turun rekordu 8-ci km stadionunda qeydə alınıb. Bu arenada baş tutan “Neftçi” - “Qarabağ” oyununu (1:3) 4800 tamaşaçı tribunalardan izləyib.

 

İlk turun antirekordu isə “İnter Arena”da qeydə alınıb. Cəmi 500 azarkeş “İnter”in doğma meydanda “Qəbələ”yə məğlubiyyətinin canlı şahidi olub.

 

Digər qarşılaşmalardan Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Səbail” oyununu (2:1) 900, Sumqayıtda keçirilən “Sumqayıt” - “Kəpəz” matçını (2:1) isə 1326 tamaşaçı tribunalardan izləyib.

 

Ümumilikdə, mövsümün ilk turunu cəmi 7526 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 1881 tamaşaçı deməkdi.

Xəbər xətti