"Qarabağ" - "Kopenhagen" matçının biletləri tükənir

15:57 - 14 Avqust 2017

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçına bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, artıq biletlər tükənmək üzrədi. Klubdan aldığımız məlumata görə bu dəqiqələrə kimi təxminən 25-27 min bilet satılıb. Biletlərin “qara bazar”ın əlinə keçməməsi üçün bir qismi bu gün, qalanı isə sabah satışa çıxarılacaq.

 

Qeyd edək ki, sözügedən matç sabah saat 20:00-da Tofiq Bəhramov adına Respubilka stadionunda start götürəcək. 

Xəbər xətti