Millimiz 3 oyunda 18 qol buraxdı

17:11 - 14 Avqust 2017

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa çempionatının birinci seçmə mərhələsində 3 oyun keçirib. 

 

Sportal.az xəbər verir ki, futbolçularımız bu görüşlərin hamısından məğlub ayrılıblar. Belə ki, millimiz Portuqaliya yığmasına 3:9, Polşa komandasına 4:5, Belarus futbolçularına isə 1:4 hesabı ilə uduzub.

Xəbər xətti