"Qarabağ"ın matçına 1000 bilet qaldı

17:33 - 14 Avqust 2017

Xəbər verdiyimiz kimi “Qarabağ” – “Kopenhagen” (Danimarka) matçı üçün nəzərdə tutulmuş 1 manatlıq biletlər növbəli şəkildə satışa çıxarılır.

 

Sportal.az xəbər verir ki, hazırda satışa çıxarılmayan 5 və 25-ci sektorların biletləri sabah oyunun başlamasına 3 saat qalmış: saat 17:00-dan etibarən satışa çıxarılacaq. Bunun da səbəbi biletlərin “qara bazar”a ötürülməsinin qarşısını almaqdır.

 

Qeyd edək ki, sözügedən matç sabah saat 20:00-da Tofiq Bəhramov adına Respubilka stadionunda start götürəcək. 

Xəbər xətti