Ronaldoya 5 oyunluq cəza verildi

18:27 - 14 Avqust 2017

Madrid "Real"ının ulduz futbolçusu Kriştianu Ronaldo İspaniya Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb portuqaliyalı hücumçunun "Barselona" ilə keçirilən Super Kubok  matçında (3:1) hakimi itələməsidi. Federasiyanın qərarına əsasən Ronaldo 5 oyunluq cəzaya məruz qalıb.

 

Cəza müddəti 4 oyundan çox olduğu üçün portuqaliyalı ulduzun cəzası İspaniya daxilində keçirilən bütün turnirlərə aid ediləcək. 32 yaşlı futbolçu "Barselona" ilə Super Kubokun təkrar görüşünü, həmçinin La liqada "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşləri buraxacaq.

Xəbər xətti