Eratın komandası uğursuzluğa düçar oldu

01:41 - 15 Avqust 2017

Almaniya Kubokunda 2017/18 mövsümünün ilk raunduna yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu "Duysburq" da ilk matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Nürnberq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Bu məğlubiyyət "Duysburq"un Almaniya Kubokunu elə ilk raunddaca tərk etməsinə səbəb olub.

 

Erat da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

Xəbər xətti