Rail Məlikov: “Hədəfimiz iddialı yerdir”

"Sumqayıt"ın müdafiəçisi Rail Məlikov Sportal.az saytına açıqlama verib.

 

Təcrübəli futbolçu Premyer Liqanın ilk oyunu çərçivəsində "Kəpəz"ə qalib gəldikləri oyun barədə danışıb: “İlk oyunumuz idi. Çempionatın startı çətin olur. Səhvlərimiz oldu. Üzərimizdə çox çalışmalıyıq. Qol şanslarının çoxunu əldən verdik. Bunların da üzərində çalışmalıyıq. Qələbəni çətin qazandıq”.

 

Oyuna komandanı kapitan kimi çıxaran müdafiəçi bunları söyləyib: “Vurğun Hüseynov komandamızın kapitanıdır. Ancaq zədəli olduğu üçün kənarda qaldı. Onun üçün çox təəssüfləndik. Tezliklə heyətə dönəcək və komandanı yenidən meydana kapitan kimi çıxaracaq”.

 

Məlikov komandanın hədəfləri haqda danışıb: “Hədəfimiz iddialı yerdir. Məqsədimiz maksimum mövqeydir. Heyətimiz də buna görədir”.

Tarix: 15 Avqust [12:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio