Tural Axundov: "Kəpəz"ə qarşı oynamaq rahat oldu"

15:21 - 15 Avqust 2017

"Sumqayıt"ın müdafiəçisi Tural Axundov Sportal.az saytına açıqlama verib.
 
Təcrübəli futbolçu Premyer Liqanın ilk oyunu çərçivəsində "Kəpəz"ə qalib gəldikləri oyun barədə danışıb: “Yaxşı oynadıq və çoxlu fürsətlərimiz oldu. Qələbə üçün əlimizdən gələni etdik və bacardıq. Qol şanslarını qaçırmamaq üçün isə daha çox çalışmalıyıq”.

 

Axundov sabiq komandasına qarşı oynaması barədə danışıb: “Bu, futboldu, hərənin bir cür karyerası olur. Rahat oldu. Əlimdən gələn qədər bacardığımı etdim. “Sumqayıt”a xeyrim dəydisə, çox xoş oldu”.

 

Tural “Sumqayıta” gəldikdən sonra 6 kiloqram çəki itirdiyini deyib: “6-7 kq çəki verdim. Hazırda yüngüləm, rahatam”.

 

Komandanın hədəflərindən danışan futbolçu bunları bildirib: “Yaxşı komandayıq. Gücümüzü, sözümü bir qoyub oynayırıq. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə əldə edək”.

Xəbər xətti