Maksim Medvedev: "Çempionlar Liqasının himni səslənəndə tüklərimiz biz-biz durmuşdu" MÜSAHİBƏ

23:01 - 15 Avqust 2017

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" klubuna 1:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, Ağdam klubunu meydana kapitan kimi çıxaran Maksim Medvedev oyundan sonra əməkdaşımızın da suallarını cavablandırıb.
 
- Bizim üçün ağır oyun keçdi. Rəqib səviyyəli komanda idi. Əlimizdən gələni etdik ki, sona qədər mübarizə aparaq. "Kopenhagen"i 3 gün ardıcıl analiz etdik. Bizim üçün tarixi şansdır və bunu əldən vermək istəmirdik. Bu gün 11 nəfər deyil, bütün Azərbaycan xalqı oynayırdı. Azarkeşlərimiz möhtəşəm idi. Çempionlar Liqasının himni səslənəndə tüklərimiz biz-biz durmuşdu. Təşəkkür edirəm hər kəsə. Cavab oyunu ağır olacaq.
 
- İknici hissədə “Qarabağ”ın qol vuracağını gözəlmək olardı. Amma sakit davrandınız.
- Əlbəttə, 1:0 hesabı yaxşı nəticədir. Qol da buraxmadıq. Ql imkanlarımız da çox oldu. Rəqib qolkiper 3 əla seyvlə yadda qaldı. Nə demək olar...
 
- Rəqib futbolçular “Qarabağ”ın oyunçularını təxribata çəkiərək hakim tərəfindən cəzalanmağınıza çalışırdılar. Hətta sən də “Kopenhagen”li futbolçu ilə gərgin an yaşadın...
- Rəqib təcrübəlidir. Biz də emosional oyuçularıq. Baş məşqçimiz tapşırmışdı ki, diqqətli olun. Skandinaviya ölkələrinin klubları belə oyun sərgiləyirlər.
 
- Kopenhagendəki oyunda bu azarkeşlər olmayacaq. Skandinaviyalı azarkeşlərin önündə “Qarabağ” uğurun davamını gətirə bilərmi?
- İnşallah. Öz əziyyətimizlə, gücümüzlə göstərəcəyik ki, biz ora mübarizə üçün gedirik. Avropada azarkeşlərimiz var. Onlar bizi tək buraxmayacaqlar. Sosial şəbəkələrdə bizdən bilet də istəyirlər.
 
- Qrup mərhələsinin sevincini Bakıda qeyd etmək də maraqlı olardı...
- Hər oyunçunun arzusu ÇL-in qrupunda oynamaqdır. Ancaq tur iki oyundan ibarətdir. Cavab matçı çətin olacaq. ÇL-in himni səslənibsə, yaxşı olacaq.

Xəbər xətti