"Qarabağ" "Kopenhagen"i məyus yola saldı VİDEO

23:12 - 15 Avqust 2017

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.

 

Sportal.az saytının məlumatına görə, Azərbycan futbolu tarixində ilk dəfə təmsilçimiz pley-off matçına çıxıb. Ardıcıl 4 dəfə ölkə çempionu olan, son 3 ildə pley-offun astanasında ilişən "Qarabağ"doğma azarkeşləri önündə Danimarkanın "Kopenhagen" klubunu qəbul edib. 

 

Daha bir tarixi uğura imza atıb Çempionlar Liqasının qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionu ilə ev oyununda sərfəli nəticə qazanmağı bacarıb. Qarşılaşma "atlılar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Mahir Mədətov vurub.

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək. 

 

“Qarabağ” - “Kopenhagen” - 1:0

Qol: Mahir Mədətov, 25

 

Xəbər xətti