"Qarabağ"a böyük uğurlar qazanmaq üçün gəlmişəm" MÜSAHİBƏ

23:29 - 15 Avqust 2017

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" klubuna 1:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az
xəbər verir ki, Ağdam klubunu legioneri Donald Gerrye oyundan sonra əməkdaşımızın da suallarını cavablandırıb.
 
- Böyük oyunda qalib gəldik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Qarşıda cavab oyunu var və ciddi hazırlaşmalıyıq.
 
- Danimarkada və ya Skandinaviya klublarına qarşı oynamısan?
- Onu xatırlayıram ki, “Malmö”yə qarşı oynamışdıq. Ancaq onlar bizi mübarizədən kənarlaşdırmışdı. Uğursuz olmuşdu.
 
- Oyun ərzində çox vaxt xəsislik edirsən və ötürmə etmirsən. Bunun səbəbi nədir?
- Bunun xüsusi səbəbi yoxdur. Epizodlardan aslıdır. Bəzən ötürmə verirəm, bəzən isə qapıya zərbə endirirəm. Hər şey oyunun gedişinə görə baş verir. 
 
- Rəqib futbolçular “Qarabağ”ın oyunçularını təxribata çəkiərək hakim tərəfindən cəzalanmağınıza çalışırdılar. Hətta sən də “Kopenhagen”li futbolçu ilə gərgin an yaşadın...
- Futbolda baş verən normal hadisələrdir. Mən bunları normal qarşılayıram. Çalışıram ki, rəqibin təxribatına uymayım. Mən bura böyük uğurlar üçün gəlmişəm.

Xəbər xətti