PSJ-dən Premyer Liqa klubuna

12:37 - 16 Avqust 2017

PSJ-nin hücumçusu Xese Rodriqes karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi “Stok Siti” ispan hücumçunu bir illik icarəyə götürüb. “Qırmızı-ağlar” 24 yaşlı futbolçunun xidmətindən razı qalacağı halda, onu transfer etmək hüququna malik olacaq.

 

PSJ-yə ötən il “Real”dan transfer edilən Xese, son mövsümün ikinci yarısını icarə əsasında La Liqa təmsilçisi “Las Palmas”da keçirib. O, çempionatın ikinci dövrəsində şans qazandığı 16 oyunda 3 qola imza atıb.

Xəbər xətti