"Qarabağ"ın futbolçusu azarkeşlərə təşəkkür etdi

14:27 - 16 Avqust 2017

“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Kopenhagen”lə keçirilən qarşılaşmadan sonra azarkeşlərə təşəkkür edib.

 

Sportal.az xəbər verir ki, müdafiəçi Respublika stadionunu dolduran azarkeşlərə “facebook” səhifəsi vasitəsiylə təşəkkür edib:

 

“Azarkeşlərimizə böyük təşəkkürlər! Bir sözlə, stadionda fantastik ab-hava yaratmışdız”.

 

“Qarabağ” Bakıdakı görüşdə “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 23-də Danimarkada keçiriləcək.

Xəbər xətti