Andriya Pavloviç: "Bu məğlubiyyət normaldı"

14:55 - 16 Avqust 2017

“Oyunun gedişində qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Ancaq heç nədən qol buraxdıq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri dünən UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a məğlub olan "Kopenhagen"in hücumçusu Andriya Pavloviç deyib:

 

“Məncə, cavab qarşılaşması öncəsi 0:1 hesablı məğlubiyyət normaldı. Evdə daha yaxşı oynayacağıq. Kopenhagendə tamam başqa oyun olacaq. Biz rəqibi təzyiq altında saxlayaraq, hücumlar edəcəyik. “Vardar”a qarşı oynadığımız kimi oynasaq, heç bir problem olmayacaq. Şanslar bərabərdi. “Qarabağ” yaxşı komandadı, ancaq özümüzə inamım böyükdü”.

 

Qeyd edək ki, avqustun 23-də "Parken" stadionunda keçiriləcək "Kopenhagen" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Xəbər xətti