Elçin Məmmədov Çempionlar Liqası oyununa təyinat aldı

16:31 - 16 Avqust 2017

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov yeni təyinat alıb.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasının pley-off mərhələsi cavab oyunları çərçivəsində keçiriləcək MOİK (Rusiya) - "Young Boys" (İsveçrə) oyununda iş başında olacaq.
 
Məmmədov avqustun 23-də, Moskva şəhərindəki MOİK Arenada keçiriləcək matçın direktoru kimi fəaliyyət göstərəcək.

Xəbər xətti