Boatenq Renat Dadaşovun komanda yoldaşı oldu

16:47 - 16 Avqust 2017

İspaniyanın “Las Palmas” klubu Kevin-Prins Boatenqlə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında bu qərara gəlib. Buna səbəb qanalı yarımmüdafiəçinin ailəsinə daha yaxın olmaq istəməsidi.

 

Artıq 30 yaşlı yarımmüdafiəçinin karyerasını harada davam etdirəcəyi də müəyyənləşib. Belə ki, təcrübəli futbolçu millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu Almaniyanın "Ayntraxt" klubu ilə anlaşıb. O, Frankfurt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Xəbər xətti