Millimiz Bosniya və Herseqovinaya məğlub oldu

19:36 - 16 Avqust 2017

Sarayevo şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
 
Sportal.az
xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın U-17 yığması ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
 
Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşmışdı.

Xəbər xətti