İspaniya Super Kubokunu "Real" qazandı VİDEO

02:59 - 17 Avqust 2017

İspaniya Super Kubokunun cavab oyunu keçirilib.
 
Sportal.az xəbər verir ki, "Real" "Santyaq Bernabeu" stadionundan "Barselona"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Bu komandalar arasında ilk görüşdə "kral klubu" 3:1 hesabı ilə qələbə qazanmışdı.

 

Bununla da, Super Kubokun qalibi "Real" olub. Madrid təmsilçisi bu uğura 10-cu dəfə nail olub.

 

"Real" 2 - 0 "Barselona"

Qollar: Asensio, 4, Benzema, 49

 

 

Xəbər xətti