“Kəpəz”in ev oyununu keçirəcəyi stadion dəqiqləşdi

11:04 - 17 Avqust 2017

Xəbər verdiyimiz kimi, Gəncə şəhər stadionunda təmir-tikinti işləri aparılır. Bu səbəbdən Gəncə təmsilçisi ev oyunlarını bir başqa stadionda keçirəcək.

 

Sportal.az xəbər verir ki, bir müddətdir  ki, “Kəpəz”in hansı stadionda qonaqlarını qəbul edəcəyi ilə bağlı müzakirələr aparılır. Tovuz şəhər stadionu və “Dalğa arena” gündəmdə olsa da, tamamilə başqa qərar verilib. Belə ki, “Kəpəz” Topaz Premyer Liqasının 2-ci turunda “Zirə”ni Yevlax şəhər stadionunda qəbul edəcək. Komandaların əvəzediciləri də 1 gün sonra məhz bu stadionda meydançaya çıxacaqlar.

 

Qeyd edək ki, vaxtilə elitanın iddialı klublarından olan “Karvan” ev oyunlarını Yevlax şəhər stadionunda keçirib. (Futbol11.az)

Xəbər xətti