Futbolçularımızın klubuna azarkeş qadağası

11:39 - 17 Avqust 2017

Türkiyənin "Bursaspor" klubu Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşacağı "Beşiktaş"la səfər oyununda azarkeşlərinin dəstəyindən məhrum olacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə Bursa klubunun yaydığı rəsmi açıqlamada məlumat verilib. Bildirilir ki, dövlət təhlükəsizlik orqanlarının tələbi ilə "Beşiktaş"ın "Vodafone Park" stadionunda keçiriləcək oyunda bursalı tərəfdarlar arenaya buraxılmayacaq. Bu, o qədər də isti münasibətdə olmayan iki komandanın tərəfdarları arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə qərara alınıb.

 

Xatırladaq ki, "Beşiktaş" və "Bursaspor" tərəfdarları əvvəlki mövsümlərdə baş tutan oyunlarda bir neçə dəfə kütləvi davaya səbəb olduqlarından qonaq komandanın azarkeşlərinin səfər matçında stadiona buraxılmaması təcrübəsindən istifadə olunur.

 

"Bursaspor"da Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz, eləcə də U-21 millimizin üzvü Ozancan Kökçü də çıxış edir.

Xəbər xətti