Simeone "Fiorentina"da

13:22 - 17 Avqust 2017

İtaliyanın "Fiorentina" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Florensiya təmsilçisi İtaliya A Seriyasının digər iştirakçısı "Cenoa"dan Covanni Simeoneni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, Covanni məşhur argentinalı futbol mütəxəssisi Dieqo Simeonenin oğludu. O, 2016-cı ildən "Cenoa"da çıxış edirdi.

Xəbər xətti