"Qarabağ" rəsmisi "Kopenhagen"in şikayətinə münasibət bildirdi

Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etmək “Kopenhagen”in hüququdur”. 

 

Sportal.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çelikəl Danimarka təmsilçisi “Kopenhagen”in Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk oyununda sonra komandanın kapitanı Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etməsinə münasibət bildirərkən deyib.

 

Klub rəsmisinin sözlərinə görə, Medvedevin Bakıda baş tutan görüşün 20-ci dəqiqəsində rəqib futbolçu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurması ilə bağlı iddia əsassızdır və UEFA-nın rəqibin şikayətini müsbət cavablandırması real görünmür: “Bu, top uğrunda mübarizə zamanı baş verən adi oyun epizodu idi. UEFA-nın futbolçumuzu cəzalandıracağına zənn etmirəm. Belə bir hal olarsa, biz də öz növbəmizdə apellyasiya verəcəyik”.

 

Qeyd edək ki, UEFA “Kopenhagen”nin şikayəti ilə bağlı qərarını bu gün açıqlayacaq.

Tarix: 17 Avqust [14:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2017
20  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio