Pike: "Real"dan zəif olduğumuzu etiraf edirəm"

14:31 - 17 Avqust 2017

“Barselona” İspaniya Super kubokunun cavab matçında “Real”a 0-2 (ilk oyun 1-3) hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, "katalonlar"ın müdafiəçisi Xerard Pike məğlubiyyəti belə şərh edib: 

 

“Hələ hər şey qarşıdadır, bizi uzun mövsüm gözləyir. 9 ildə ilk dəfə “Real”dan zəif olduğumuzu etiraf edirəm. Onlar son mövsümdə Çempionlar Liqasının qalibi olublar. Ancaq bundan əvvəl biz də dəfələrlə “Real”a qalib gəlmişik. Onlara məğlubiyyət bizə yeni mövsümdə əlavə motivasiya olmalıdır. Özümüzü toparlamalı və irəliyə getməliyik”.

Xəbər xətti