"Barselona" rəsmisi: "Dembele və Koutinyonu transfer etməyə yaxınıq"

14:56 - 17 Avqust 2017

Neymarı PSJ-yə satan “Barselona” yaxın günlərdə heyəti bir neçə futbolçu ilə gücləndirə bilər.

 

Sportal.az xəbər verir ki, söhbət “Liverpul”un futbolçusu Filipe Koutinyo və “Borussiya”nın hücumçusu Osman Dembeledən gedir. “Barselona”nın baş meneceri Pep Sequra "Real"la Super Kubok matçından (0:2) sonra verdiyi açıqlamada bu futbolçuları heyətə cəlb etməyə çox yaxın olduqlarını bildirib:

 

“Yaxın günlərdə heyəti gücləndirəcəyik. Koutinyo və Dembele? Biz onları almağa çox yaxınıq. Lakin hələ bu haqda qəti fikir söyləmək tezdi. Amma ümid edirik ki, onlar “Barselona”nın formasını geyinəcəklər”.

Xəbər xətti