"Beşiktaş"ın Səlçuk İnan planı

15:46 - 17 Avqust 2017

"Beşiktaş" "Qalatasaray"dan ayrılacağı deyilən Səlcuk İnanı transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb. İddia olunur ki, baş məşqçi Şenol Günəş Səlcukun transferinə razılış verib. "Beşiktaş" futbolçunun transfer vərəqəsini "Qalatasaray"dan almasını isiəyib. 

 

Qeyd edək ki, Səlçuk İnan "Qalatasaray"a 2011-ci ildə "Trabzonspor"dan transfer olub. O, "cim bom"un heyətində meydana çıxdığı 187 qarşılaşmada 43 qol vurub.

Xəbər xətti