"Barselona" yeni transferini təqdim etdi

16:16 - 17 Avqust 2017

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Çinin "Quançjou Everqrand" klubundan Paulinyonu transfer edib. Braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavil imzalanıb.

 

"Barselona" 29 yaşlı futbolçunun transferi üçün Asiya təmsilçisinə 40 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, Paulinyo 2015-ci ildən "Quançjou Everqrand"da çıxış edirdi. O, Çin klubunun heyətində meydana çıxdığı 63 oyunda 17 qol vurub.

Xəbər xətti