"Kəpəz" "Zirə" ilə oyuna hazırlaşır

Azərbaycan Premyer Liqasının II turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” dünəndən matçın hazırlıqlarına start verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisini Yevlaxda qəbul edəcək “sarı-göylər” məşqlərə Bakıda başlayıblar.
 
Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlıq keçir. “Kəpəz” oyundan öncəki son məşqinə matçın keçiriləcəyi Yevlax şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 17:00-a təyin olunub. 
 
Qeyd edək ki, “Kəpəz” – “Zirə” qarşılaşması avqustun 20-də baş tutacaq. 

Tarix: 17 Avqust [16:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2017
19  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio