Kamran Ağayevin son durumu müəyyənləşdi

18:56 - 17 Avqust 2017

Azərbaycan millisinin üzvü Kamran Ağayevin son durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, yeni klubu “Mlada”nın məşqində zədələnən futbolçunun vəziyyəti yaxşıdır. O, yeni komandasında debüt edə bilər. Bu barədə saytımıza milli komandamızın qapıçılar üzrə məşqçisi Faiq Əzizov məlumat verib:

 

“Kamranla maraqlanırıq, zədəsi yüngüldür. Həkim bildirib ki, o, tam sağalmalıdır. Bu səbəbdən də Çexiya Liqasında son turu buraxdı. Növbəti tur “Mlada” evdə “Slovan”la oynayacaq. Kamranın bu matçda forma geyinəcəyi gözlənilir”.

 

Qeyd edək ki, “Mlada” Çexiya çempionatının 4-cü turunda avqustun 19-da doğma meydanda “Slovan”a qarşı keçirəcək.

Xəbər xətti