Dieqo Kosta: “Atletiko”ya geri dönmək istəyirəm”

19:33 - 17 Avqust 2017

Baş məşqçi Antonio Konte ilə problem yaşayan Dieqo Kosta sabiq klubu "Atletiko"ya qayıtmaq istəyir.

 

Sportal.az xəbər verir ki, Braziliya əsilli ispan hücumçu bunu mətbuata açıqlamasında bildirib: “Atletiko”ya geri dönmək istəyirəm, amma “Çelsi” buna icazə vermir. İşləri çətinə salır”.

 

Qeyd edək ki, Dieqo Kosta 2014-cü ildən “mavilər”in şərəfini qoruyur. O, "Çelsi"yə Madrid klubundan transfer olmuşdu.

Xəbər xətti