"İnter"dən ayrılan futbolçu "Bolonya"da

00:29 - 18 Avqust 2017

"İnter"lə müqaviləsinin müddəti başa çatan Rodriqo Palasionun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu "Bolonya"ya transfer olunub. 35 yaşlı  oyunçu yeni klubunda 24 nömrəli forma ilə çıxış edəcək.

 

Xatırladaq ki, Polosio 2012-ci ildən "İnter"dən çıxış edirdi. O, Milan klubunda 196 matçda 60 qol vurub.

Xəbər xətti