"Traktor Sazi"dən mövsümün ilk qələbəsi

10:22 - 18 Avqust 2017

Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor Sazi" də növbəti matçını keçirib. Təbriz klubu doğma meydanda "Naft Tehran" ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin  2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu, Təbriz təmsilçisinin yeni mövsümdə ilk qələbəsi olub.

 

Qeyd edək ki, 4 turdan sonra 3 xala malik "Traktorsazi" 16 klub arasında 13-cüdü.

Xəbər xətti