"Qalatasaray"dan sürpriz transfer həmləsi: Bolt "cim bom"un gündəmində

11:30 - 18 Avqust 2017

Hərəkətli transfer dönəmi keçirən "Qalatasaray"ın növbəti hədəfi böyük marağa səbəb olub.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi yüngül atletikada karyerasını başa vuran və karyerasını futbolda davam etdirmək istəyən Useyn Boltu transfer etmək istəyir. "Cim bom" rəhbərliyi yamaykalı atleti komandaya cəlb etmək üçün fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, Useyn Bolt yüngül atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionudur.

Xəbər xətti