Azərbaycan klublarının Avropa Liqasından qazancı açıqlandı

UEFA 2017/18 mövsümündə Avropa Liqasının iştirakçılarına ümumilikdə 399,8 milyon avro ödəyəcək.

 

Sportal.az xəbər verir ki, qrup mərhələsindəki nəticələr və mərhələ adlamağın qarşılığında 239,8 milyon avro ayrılıb. 160 milyon avro isə qrup mərhələsindən etibarən təmsil olunan iştirakçıların teleyayım hüquqları üçün nəzərdə tutulub.

 

Qrup mərhələsində mübarizə aparacaq 48 klubun hər biri ən azı 2,6 milyon avro qazanacaq. Qrup mərhələsindəki hər qələbə 360 min avro, heç-heçə 120 min avro gətirəcək. 1/16 finala vəsiqə qazanan qrup qalibləri hərəyə 600 min avro, qrup ikinciləri isə 300 min avro əldə edəcəklər.

 

1/16 final iştirakçıları hərəyə 500 min avro, 1/8 finala vəsiqələrin sahibləri 750 min avro, 1/4 finala yüksələnlər 1 milyon avro, yarımfinala çıxanlar 1,6 milyon avroya sahib olacaqlar. Nəhayət, Avroliqanın qalibi 6,5 milyon avro, finalçı isə 3,5 milyon avro qazanacaq. Beləliklə, bu turnirin qalibi maksimum 15,71 milyon avro əldə edə bilər. Bura bazarda iştirak payı daxil deyil.

 

Habelə, təsnifat mərhələlərində iştirak etmiş klublar üçün də ödənişlər nəzərdə tutulub. I təsnifat mərhələsində iştirak etmiş klub 215 min avro, II təsnifat mərhələsindəkilər 225 min avro, III təsnifat mərhələsindəkilər 235 min avro, pley-off-da çıxış edənlər isə 245 min avro qazanacaqlar. Beləliklə, Azərbaycan təmsilçilərindən ilk 2 mərhələdə iştirak etmiş "Zirə" və "İnter" hərəyə 440 min avroya, yalnız ikinci mərhələdə iştirak etmiş "Qəbələ" isə 225 min avroya sahib çıxacaq.

 

Qeyd edək ki, hazırda Çempionlar Liqasında çıxış edən "Qarabağ" pley-off səddini keçə bilməsə, ardıcıl dördüncü mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edəcək. Report

Tarix: 18 Avqust [16:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Noyabr 2017
22  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio