"Binə" daha 5 transfer etdi

19:39 - 18 Avqust 2017

Yeni mövsümdə futbol üzrə Azərbaycan Birinci Divizionunda mübarizə aparacaq "Binə" heyətini gücləndirməyə davam edir.

 

Sportal.az xəbər verir ki, Binə təmsilçisi bu gün daha 5 futbolçu ilə müqavilə imzalayıb. Belə ki, binəlilər Timur Dadaşov, Elçin Əlicanov, Elvin Mirzəyev, Bəhlul Əliyev və Renat Aşirovla gücləniblər.

 

"Binə" Amil Ağacanov, Məhəmməd Bədəlbəyli, Bəxtiyar Soltanov, Cəmil Rəhimli, Elmin Çobanov, Ture Morifere, Ramil Kərimov, Elmir Məmmədov, Mansur Nəhavəndi, Məhərrəm Hüseynov, Fərid Abbaslı, Vüsal Nağıyev və Ülvi Süleymanovu da transfer etmişdi.

Xəbər xətti