"Tottenhem"dən rekord transfer

00:52 - 19 Avqust 2017

"Tottenhem"yay transferində ilk keçidini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Ayaks"ın müdafiəçisi Davinson Sançesi transfer edib. 21 yaşlı futbolçu ilə 2023-cü ilə kimi müqavilə imzalanıb. Bu transfer üçün "Tottenhem" Amsterdam təmsilçisinə 42 milyon avro təzminat ödəyib. Bu isə klub tarixinin ən bahalı transferidir.

 

Qeyd edək ki, Sançes ötən mövsüm Hollandiya çempionatında 32 matçda 6 qol vurub, 2 qolun ötürməsini verib.

Xəbər xətti